Kreditlə dişlərini müalicə etdirmək istəyən şəxs pulundan da oldu, sağlamlığından da… XALQ -ın xəbərinə görə, Gülnarə Məmmədova deyir ki, övladı Ayan Məmmədzadə 7 aydır yanlış müalicənin fəsadlarını yaşayır. Onun sözlərinə görə, qızı bu müddətdə Dentera Dental Clinic-də 3 həkim dəyişib. aparılan yanlış müalicə ciddi problemə səbəb olub.
Şikayətçinin sözlərinə görə, ilkin mərhələdə müalicə Qüdrət adlı stomatoloqa həvalə olunub. Lakin qısa müddət sonra həkimin klinikadan ayrıldığı bildirilib.
Daha sonra pasiyent klinikanın başqa filialına yönləndirilib.
Şikayətçi bildirir ki, burada da müalicəni davam etdirən həkim qısa müddət sonra klinikadan ayrılıb.
Məsələ ilə bağlı Dentera Dental Clinic-ə üz tutduq. Baş həkim Şahin Bayramov bildirdi ki, adı hallanan stomatoloqlar artıq klinikada çalışmır.
Klinikadan o da bildirdi ki, pasiyentin ödədiyi vəsait artıq ona geri qaytarılıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.