Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsinin eskizi hazırlanır.
Bu barədə Teleqraf-a mərhum Xalq artistinin oğlu Ülvi Balayev məlumat verib.
O bildirib ki, hazırda qəbirüstü abidənin eskizi üzərində iş aparılır: “Bu istiqamətdə işlərə başlanılıb. Hələlik yekun qərar verilməyib. Yaxın vaxtlarda eskizin hazırlanacağı gözlənilir. Bundan sonra abidənin layihəsi ilə bağlı son qərar veriləcək”.
Qeyd edək ki, Xalq artisti Rasim Balayev martın 29-da İstanbulda müalicə olunduğu xəstəxanada vəfat edib. O, Birinci Fəxri xiyabanda dəfn olunub.
Bakunews.tv