Cəmiyyət / Mədəniyyət
6
Dünən, 20:57

Cəmil Quliyev: Kinematoqrafçılar İttifaqının sədri vəzifəsinə iddiam yoxdur

"Müəyyən qüvvələr mütəmadi şəkildə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri vəzifəsinə mənim adımı hallandırırlar. Bununla başqa kino xadimləri ilə mənim aramı vurmaq istəyirlər. Elə məhz bu səbəbdən vaxtilə Rasim Balayev və başqaları məndən incimişdilər. Amma mən bir daha hamıya bəyan etmək istəyirəm ki, heç vaxt Kinematoqrafçılar İttifaqının sədri vəzifəsini tutmaq kimi bir iddiam olmayıb".
Bunu Teleqraf-a açıqlamasında Əməkdar incəsənət xadimi Cəmil Quliyev deyib.

O, ittifaqda normal iş ahəngi olarsa, orada idarə heyətinin üzvü və ya katib kimi fəaliyyət göstərə biləcəyini qeyd edib: "Lakin sədr vəzifəsində olmaq istəmirəm. Mən bu postda yalnız Şəfiqə Məmmədovanı görürəm və onu tam dəstəkləyirəm. Hər zaman o xanımın yanında olmuşam. Şəfiqə xanımın Azərbaycan kinosunda və teatrında böyük zəhməti, əvəzsiz xidmətləri var.

Xahiş edirəm ki, adımı bir daha bu məsələ ilə bağlı gündəmə gətirməsinlər. Çünki bu cür iddialar tamamilə başqa məqamlara xidmət edir".

Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər