Cəmiyyət / Ölkə
10
Dünən, 18:07

“SAB” məhsulları təhlükəlidir? –AQTA-nın və medianın ŞOK faktları

“SAB” kolbasaları ilə bağlı müxtəlif mövzu gündəmə gəlib. Bir müddət əvvəl şikayətlərdə “Bravo” marketdən alınan “SAB” kolbasasının içindən milçək çıxdığı iddia edilib və bu görüntülər müştərilər arasında narazılığa səbəb olub.
Qida Təhlükəsizliyi Agentliyinin bəzi kolbasa istehsalçıları (məsələn, “Omega” nişanlı rəngləndiricilərdən istifadə edən “Rosko”) barədə yaydığı neqativ hesabatlarda keçmiş xammal tədarükü və ya oxşar ticarət nişanları ilə bağlı SAB ticarət nişanı da media başlıqlarında hallandırılıb.
Yeri gəlmişkən, bu ilin əvvəlində “SAB” brendi altında ət və süd məhsulları istehsal edən “Zəhmət-Ruzi” MMC müəssisəsinin əksər məhsullarının tərkibində zərərli qida əlavələrinin olduğu məlum olub. Zərərli qida əlavəsi ilə zəngin olan “SAB” məhsullarından biri də 18 faiz yağlılıqda olan şor məhsuludur.
Belə ki, müəssisənin rəsmi saytında məhsulla bağlı yerləşdirilən məlumatda qeyd edilib ki, onun tərkibi 18% yağlılıqda – yağsız təbii süd, süd yağı əvəzləyicisi, maya mezofil-termofil streptokokkları, kalsium xlorid və kalium sorbat, xörək duzu, zirə (çörəkotu), qaymaq 50% yağlılıqdadır.
Bu tərkib məlumatsız əhali üçün bir o qədər də qorxulu görünməyə bilər. Ancaq qida mütəxəssislər belə qida əlavələri ilə zəngin olan məhsulların olduqca zərərli olduğunu bildirir.
Tərkibə əsasən, bu məhsulu təbii şor hesab etmək olmaz. Şorun tərkibindəki Kalsium xlorid — E509 süd məhsullarında laxtalanmanı yaxşılaşdırmaq, kəsmiyin/şorun bərkliyini artırmaq üçündür. Bu maddənin həddən artıq istifadəsi mədə qıcıqlanması, böyrək problemi olanlarda risk yarada bilər. Uşaqlar və yaşlılar üçün normadan artıq doza məsləhət deyil.
Məhsulun tərkibində həmçinin Kalium sorbat — E202 qida əlavəsi də var. Bu, konservantdır. Küf və maya göbələklərinin qarşısını alır. İnsanda allergik reaksiyalar (qaşınma, səpkilər) yarada bilər.
Həssas insanlarda isə baş ağrısı, mədə-bağırsaq narahatlığı yaradır. Uşaqlar üçün tez-tez istifadə tövsiyə olunmur. Əgər bir məhsulun tərkibində E202 maddəəsi varsa, o təbii məhsul sayılmır.
Bundan əlavə, “SAB” ət və süd məhsulları brendi məhsullarının adı və etiketində istehlakçıları aldadır. “SAB”ın hind toyuğu adı ilə təqdim etdiyi hisə verilmiş və qablaşdırılmış ət məhsulu əslində hind toyuğu ətindən hazırlanmır.
Qablaşdırmanın üzərində böyük hərflərlə hind toyuğu sözü bu məhsulun hind toyuğu ətindən hazırlandığı təsiri bağışlasa da, əslində belə deyilmiş. Çünki məhsulun etiketində tərkibində hind toyuğu əti olmadığı açıq görünür.
Məhsulun etiketinə əsasən onun tərkibi – mal əti, toyuğun döş əti, buğda unu, kərə yağı, xörək duzu, ekstrak ədviyyatlar: hil, muskat, istiotdan ibarətdir. Tərkibdən də göründüyü kimi hind toyuğu adı ilə satılan bu məhsulda hind toyuğundan əsər-əlamət yoxdur.
Qeyd edək ki, “SAB” brendi altında ət və süd məhsulları istehsal edən müəssisə “Zəhmət-Ruzi” MMC-dir. MMC-nin Baş icraçı direktoru Elnur Badalovdur.(cumhuriyyet.az)
Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.

Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər