Cəmiyyət
295
15-08-2022, 18:34

Azərbaycanlı federasiya prezidenti beynəlxalq qurumda təmsil olunacaq

Azərbaycan Stronqmen Federasiyasının prezidenti Bəxtiyar Quliyev Ümumdünya Stronqmen Federasiyasında (WSF) vəzifə alıb.

bakunews.tv-nun report-a istinadən əldə etdiyi məlumata görə, o, qərargahı Latviyada yerləşən Ümumdünya Stronqmen Federasiyasında vitse-prezident seçilib.

Quliyev həmçinin həmin federasiyada StronqFit Komitəsinin rəhbəri təyin olunub. 46 yaşlı Bəxtiyar Quliyev 4 vitse-prezidentdən biri kimi WSF-nin İcraiyyə Komitəsinin üzvlüyündə də yer alacaq.

Qeyd edək ki, WSF-in rəhbəri latviyalı Vladislav Redıkindir.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər