Cəmiyyət
553
18-08-2022, 19:00

Müəllimlərin maaşlarına aylıq əlavə edildi - FƏRMAN

Prezident İlham Əliyev "Dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələr müəyyən edilməsi haqqında" fərman imzalayıb.

bakunews.tvqaynarinfo-ya istinadən xəbər verir ki, fərmana əsasən, 2022-ci il sentyabrın 1-dən dövlət ümümi təhsil müəssisələrinin aşağıdakı rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) sertifikatlaşdırmadan keçən təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavə müəyyən edilib:

- direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə);

- təhsilverənlərin (sertifikatlaşdırmanın nəticəsinə görə).

Nazirlər Kabinetinə bu Fərmanın nəzərdə tutulan əlavələrin məbləğlərini 2022-ci il sentyabrın 1-dək təsdiq etsin və bu barədə Azərbaycan Prezidentinə məlumat verməlidir və Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər