Cəmiyyət
332
19-08-2022, 14:30

Laçını tərk edən daha bir erməni evini yandırdı - VİDEO

Laçının Zabux kəndini tərk edən daha bir erməni evini yandırıb.

bakunews.tv milli.az-a istinaden xəbər verir ki, bunu əks etdirən görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Kadrlarda erməni sakinin yaşadığı evə od vurması əks olunub.

Qeyd edək ki, oxşar hadisələr ermənilərin hələ 2020-ci ildə azad olunmuş əraziləri tərk edərkən də baş vermişdi. Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış ermənilərin çıxarılması üçün avqustun sonunadək vaxt verilib.



bakunews.tv
Son xəbərlər