Cəmiyyət
329
23-08-2022, 13:34

İkinci yerüstü metro stansiyasının tikintisi başa çatdı

Bakı metropoliteninin şərti adı "Xocahəsən" olan elektrik deposu və yerüstü metro stansiyasında tikinti işləri başa çatıb.

bakunews.tv trend-ə istinadən xəbər verir ki, bunu Bakı metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, hazırda stansiya və depoda təchizat, quraşdırma və istehsalat işləri aparılır.

"Artıq stansiya və depoda bu işlər paralel aparılır, tamamlama işləri görülür. Sərnişin stansiyası və elektrik deposu bu ilin sonuna qədər istifadəyə veriləcək",- B.Məmmədov deyib.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər