Cəmiyyət
445
24-08-2022, 16:26

Kəmaləddin Heydərov generalı rəis təyin etdi

Fövqəladə Hallar Nazirliyində kadr dəyişiklikləri olub.

bakunews.tv unikala istinadən xəbər verir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin birinci müavini, qərərgah rəisi general-mayor Məhərrəm Həsənov vəzifəsindən azad edilib.

Nazirin digər əmri ilə o, FHN-nin Bakı Regional Mərkəzinin rəisi vəzifəsinə təyin olunub.

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin birinci müavini, qərərgah rəisi vəzifəsinə isə Gəncə Regional Mərkəzinin rəisi polkovnik Asif Məmmədli təyinat alıb.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər