Cəmiyyət
402
25-08-2022, 20:28

Şirvanda daşla qətl törədən şəxs saxlanılıb

Şirvanda qətl törədən şəxs saxlanılıb.

bakunews.tv apa-ya istinadən xəbər verir ki, hadisə Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsində baş verib. Şirvan şəhərinin Hacıqəhərmanlı qəsəbə sakini, 1984-cü il təvəllüdlü Alışov Daşqın Oktay oğlu münaqişə zəminində qəsəbə sakini, həmyerlisi 1969-cu il təvəllüdlü Qocayev Kamran Musa oğlunu daşla qətlə yetirərək hadisə yerindən qaçıb. Keçirilən əməliyyat tədbirləri nəticəsində Daşqın Alışov polis tərəfindən saxlanılıb.

Faktla bağlı Şirvan prokurorluğunda araşdırma aparılır.

bakunews.tv
Son xəbərlər