Cəmiyyət
437
26-08-2022, 12:08

Bakıdan Antalyaya uçan təyyarə geri qayıtdı

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2 027 nömrəli Bakı-Antalya reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən uçuş hava limanına qayıtmaq qərarına gəlib.

Bu barədə bakunews.tv-ya qafqainfo-ya istinadən AZAL-dan bildirilib.

Məlumata görə, təyyarə saat 07:57-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

Sərnişinlər digər təyyarə ilə Antalyaya yola düşəcəklər.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər