Cəmiyyət
335
28-08-2022, 12:57

Ukraynada həlak olan azərbaycanlının nəşi Bakıya göndərildi

Ukraynada müharibədə həlak olan azərbaycanlı Hüseynov Səid Vasif oğlunun nəşi Azərbaycana göndərilib.

bakunews.tv report-a istinadən xəbər verir ki, həmyerlimizin nəşi Kiyevdə morqa gətirilərək, oradan şəhərdə yaşayan azərbaycanlıların dəstəyi ilə Moldova vasitəsilə ötən gün Bakıya göndərilib.

Onun yola salınmasında Kiyevdə yaşayan bir qrup həmyerlimiz iştirak edib.

Qeyd edək ki, Hüseynov Səid Rusiyanın Ukraynada apardığı müharibədə bir neçə gün əvvəl könüllü şəkildə Nikolayev vilayəti istiqamətində həlak olub.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər