Cəmiyyət
351
13-07-2022, 20:22

Xaçmazda meşəlik ərazidə baş vermiş yanğın söndürülüb

Xaçmaz rayonunun Müzəffəroba kəndi yaxınlığında meşəlik ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində söndürülüb.

bakunews.tv report-a istinadən xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

Yanğın nəticəsində, ilkin hesablamalara əsasən, təxminən 9 hektar sahədə kol-kos və əsasən qurumuş ağaclar yanıb. Sıx meşəlik və əkin sahələri, ictimai-iaşə və kommunikasiya obyektləri yanğından mühafizə olunub.

bakunews.tv
Son xəbərlər