SON DƏQİQƏ
Bakunews.tv » Dünya » Tacikistanda 9 nəfər saxlanılıb - "Crocus" işi

Tacikistanda 9 nəfər saxlanılıb - "Crocus" işi

29.03.2024 14:44 197
Tacikistanda "Crocus City Hall"da baş verən terror aktının 9 mümkün iştirakçısı saxlanılıb.

Bu barədə “Reuters” Tacikistan xüsusi xidmət orqanlarındakı mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, Moskvada bu yaxınlarda törədilən terror aktının icraçıları ilə əlaqəsi olması şübhəsi ilə 9 nəfər istintaqa cəlb olunub.

Xatırladaq ki, son məlumatlara görə, “Crocus”da qurbanların sayı 382 nəfərə yüksəlib.
Xəbəri necə qiymətləndirirsiniz?