SON DƏQİQƏ
Bakunews.tv » Dünya » Möhsün Rezayi: Uranın bir zərrəsi belə, İrandan çıxarılmayacaq

Möhsün Rezayi: Uranın bir zərrəsi belə, İrandan çıxarılmayacaq

11.11.2026 14:43 10
“İran zənginləşdirilmiş uranın bir zərrəsini belə, ölkədən çıxarmayacaq”.

“Rusiyalı dostlarımıza məlumat vermişik ki, zənginləşdirilmiş uran İranda qalacaq və ondan özümüz istifadə edəcəyik”, - o bildirib.

Rezayinin sözlərinə görə, İran nüvə mühərrikli və sualtı gəmilərin layihələndirilməsi üçün zənginləşdirilmiş urana ehtiyac duyur.

O, həmçinin İranın elektron müharibə sahəsində ABŞ-yə məxsus dronları ələ keçirməyə və məhv etməyə imkan verən yüksək texnoloji səviyyəyə çatdığını iddia edib.

Ali Milli Təhlükəsizlik Şurasının katibi xəbərdarlıq edib ki, ABŞ-nin istənilən yeni hücumuna, o cümlədən onun uzaq ölkələrdə yerləşən hərbi bazalarına zərbələr endirilməklə cavab veriləcək.

Rezayi bütün cəbhələrdə, xüsusilə Livanda müharibənin başa çatmasını İranın əsas şərtlərindən biri kimi göstərib.

Bakunews.tv
Xəbəri necə qiymətləndirirsiniz?