Dünya
266
18-08-2022, 19:13

"Şeytan ayələri" Amazonun ən çox satılan kitablarından biri oldu

Britaniyanın hind əsilli yazıçısı Salman Rüşdiyə Nyu Yorkda edilən silahlı hücumdan sonra onun müəllifi olduğu "Şeytan ayələri” romanı Amazonda ən çox satılan kitab olub.

bakunews.tv qaynarinfo-ya istinadən bu barədə "Iranıntl" saytına istinadən xəbər verir.

Məlumata görə, cümə günü Nyu York Xalq Kitabxanasının pilləkənlərində keçiriləcək mərasimdə yüzlərlə yazıçı da Salman Rüşdinin əsərlərini oxumağa hazırlaşır.

75 yaşlı Salman Rüşdi "Şeytan ayələri” kitabını yazdığına görə illərdir ki, radikal islamçıların qorxusundan yarıgizli həyat sürür. Nəhayət, ötən həftə ABŞ-ın Nyu York şəhərində Hadi Mətar adlı Livan əsilli radikal islamçı gənc tərəfindən bıçaqlanıb. Aldığı zərbədən ağır yaralanan yazıçı xəstəxanaya aparılıb.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər