Dünya
186
6-09-2023, 14:49

Leysan İstanbulda fəlakətə səbəb oldu - VİDEO

Türkiyənin İstanbul şəhərində yağan leysan yağışlar ciddi fəsadlar törədib.

bakunews.tv NTV-yə istinadən xəbər verir ki, leysan nəticəsində küçələri su basıb. Güclü yağışlar nəticəsində Başakşehir rayonunun bəzi yerlərdə suyun səviyyəsi rekord səviyyədə qalxıb.

Nəticədə evlərin birinci mərtəbəsini su basıb, nəqliyyat vasitələrini yağış suları aparıb. Yerli hakimiyyət sakinləri evdə qalmağa çağırıb.

Təbii fəlakət nəticəsində 2 nəfər həyatını itirib, 12 nəfər yaralanıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər