Dünya
182
6-10-2023, 16:53

ABŞ qırıcısı Suriya səmasında Türkiyə PUA-sını vurdu - VİDEO

Suriya üzərindəki gərgin hava məkanında yeni beynəlxalq qalmaqala səbəb ola biləcək insident baş verib.

Məlumata görə Türkiyənin ANKA-S pilotsuz uçuş aparatı (PUA) ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-35A qırıcısı tərəfindən Suriyanın şimalda yerləşən Həsəkə şəhəri üzərində vurulub.

Bildirilir ki, təyyarə 421-ci qırıcı eskadrilyaya məxsus olub və Türkiyə PUA-sını məhv etmək üçün “AIM-120 AMRAAM” hava-hava raketindən istifadə edib.

Pentaqondan qırıcının yanlışlıqla PUA-ya hücum etdiyi qeyd olunub.

Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər