Dünya
173
31-10-2023, 20:02

Yəməndən İsrailə atılan PUA Qırmızı dəniz üzərində vurulub

Yəməndən İsrail istiqamətində atılan pilotsuz uçuş aparatı (PUA) Qırmızı dəniz üzərində vurulub.

Bu barədə İsrailin “Kan” radiosu məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin Mətbuat Xidməti İsrailin cənubundakı Eylat bölgəsinə düşmən uçuş aparatlarının daxil olduğunu, bununla əlaqədar olaraq həyəcan siqnalı çalındığını bildirmişdi.
Mənbə: TASS
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər