Gündəm / Cəmiyyət
179
28-02-2024, 16:42

Lalə Şövkətin səhhəti normaldır - Ailəsindən iddialara CAVAB

Tanınmış siyasətçi, ləğv edilmiş Azərbaycan Liberal Partiyasının keçmiş lideri Lalə Şövkət haqqında sosial şəbəkələrdə iddialar yayılıb. Belə ki, bəzi şəxslər tərəfindən onun dünyasını dəyişdiyi ilə bağlı paylaşımlar edilib

Modern.az məsələni aydınlaşdırmaq üçün Lalə Şövkətin oğlu Sidqi Şövkətlə əlaqə saxlayıb.

Saytımıza açıqlamasında Sidqi Şövkət bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

“Lalə Şövkətin dünyasını dəyişməsi ilə bağlı yayılan informasiyalar boş söhbətlərdir. Hazırda Lalə Şövkətin səhhətində hər şey normaldır”,- o deyib.

Qeyd edək ki, Lalə Şövkət hazırda 73 yaşındadır.
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər