SON DƏQİQƏ
Bakunews.tv » Gündəm » Pensiya alanların nəzərinə!

Pensiya alanların nəzərinə!

26.07.2024 10:10 205
Dövlət Sosial Müdafiə Fondu (DSMF) iyul ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün tam ödəyib.

Bu barədə DSMF-dən məlumat yayıb.

Qeyd olunub ki, bundan əvvəl, iyulun 9-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, iyulun 17-də isə bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin iyul ayının pensiyaları ödənilib.

Beləliklə, bu ay üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi yekunlaşıb.
Xəbəri necə qiymətləndirirsiniz?