Gündəm / Hərbi
29
9-04-2025, 10:45

Azərbaycan Ordusunun mövqeləri Basarkeçər istiqamətindən atəşə tutulub

Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.
Bu barədə Bakunews.tv-yə Müdafiə Nazirliyindən bildirilib.

"Aprelin 8-i saat 19:20-dən 22:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub", - məlumatda qeyd olunub.

Bildirilib ki, ordunun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər