Gündəm
50
13-06-2025, 18:11

Öldürülən iranlı generalların yerinə təyinat olub


Məhəmməd Pakpur İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH-ın) yeni Baş komandanı təyin edilib.
Bakunews.tv-nin xəbərinə görə, bu barədə İranın Müdafiə Nazirliyi məlumat yayıb.
O, İsrailin bu gecə hücumu zamanı öldürülən SEPAH Baş komandanı, general-mayor Hüseyn Səlamini əvəz edəcək.

İsrailin hücumu nəticəsində öldürülən İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqirinin yerinə də təyinat olub. Bu vəzifə Əbdülrəhim Musəviyə tapşırılıb.
Son xəbərlər