Gündəm / Hərbi
38
3-11-2025, 12:43

Fərid Əsgərov polkovnik Abdulla Mirzəliyevi işdən çıxardı – Şok səbəb

Prezidentin Mühafizə Xidmətində kadr islahatı olub.
“unikal”ın əldə etdiyi məlumata görə, xidmət rəisi, general-mayor Fərid Əsgərovun əmri ilə şöbə rəisi, polkovnik Abdulla Mirzəliyev işdən azad olunub.
axar.az xəbər verir ki, Abdulla Mirzəliyevin adı ötən ilin sonunda ölkəyə qanunsuz yollarla külli miqdarda qızıl gətirmə cəhdinə görə gündəmə gəlmişdi. Belə ki, Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Hədəfləmə və Koordinasiya şöbəsinin böyük inspektoru Əfsər Nüsrət oğlu Mirzəliyevin öz qulluq mövqeyindən istifadə edib Səfər Həsən oğlu Səfərovla qabaqcadan əlbir olaraq 27 dekabr 2024-cü il tarixdə saat 04:50 radələrində sonuncunun İstanbul-Bakı aviareysi ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına gələrək üzərində gətirdiyi ümumilikdə 461 min manat dəyərində olan 41 ədəd (3.145 qram) qızıl külçəni qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinə nail olmaları müəyyən edilmişdi.

Bakunews.tv
Son xəbərlər