Gündəm / Ölkə
3
Dünən, 19:46

AMEA: Ramiz Mehdiyevin məsələsinə baxılıb, onu üzvlükdən xaric edəcəyik

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəhbərliyi Ramiz Mehdiyevin Akademiyanın həqiqi üzvlüyündən çıxarılması haqqında bir neçə dəfə qəti mövqeyini ifadə edib.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq AMEA-dan məlumat verilib.

Bildirilib ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən dövlətə xəyanətdə, hakimiyyəti zorla ələ keçirməkdə ittiham olunan Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının üzvlüyündə qala bilməz:

"Milli Elmlər Akademiyası Ramiz Mehdiyevin Akademiyanın həqiqi üzvlüyü məsələsinə baxıb, onu üzvlükdən xaric edəcək. Bu barədə ictimaiyyətə məlumat veriləcək.

Milli Elmlər Akademiyasının kollektivi baş vermiş cinayət hadisələrini qətiyyətlə pisləyir və bağışlanmaz olduğunu bildirir".

Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər