Gündəm / Səhiyyə
20
Bu gün, 17:00

“Qanunsuz cərrahiyyə: niyə ‘dayan’ deyən yoxdur?”-FOTO

“Qanunsuz cərrahiyyə: niyə ‘dayan’ deyən yoxdur?”-FOTO

2024-cü ilin sonlarından başlayaraq ölkə gündəmini sarsıdan “rüşvətlə plastik cərrahiyyəyə yol açılması” qalmaqalı artıq məhkəmə mərhələsini də keçib. Səhiyyə Nazirliyinin sabiq vəzifəli şəxslərinin cinayət məsuliyyətinə cəlb olunması göstərir ki, sistem daxilində illərlə formalaşmış korrupsiya mexanizmi nəhayət ifşa olunmağa başlayıb. Amma bu prosesin ən narahatedici tərəfi yalnız rüşvət alanların deyil, rüşvət verərək qanunsuz fəaliyyət imkanı qazananların məsuliyyətdən kənarda qalmasıdır. İstintaq materiallarında adı keçən 18 həkimdən biri – ixtisasca ümumi cərrah olan Seymur Məmmədovun 25 min manat rüşvət verərək plastik cərrah kimi sertifikat alması faktı artıq gizli deyil. Qanunvericilik isə açıq şəkildə bildirir: rüşvət vermək də, almaq da cinayətdir. Bəs bu halda niyə yalnız bir tərəf məsuliyyətə cəlb olunur? Digər tərəf niyə toxunulmaz qalır?
Mediatvaz.com bildirir ki,daha da düşündürücü məqam odur ki,plastik cərrahiyyə sertifikatı ləğv edildiyi, rüşvət qalmaqalında adı hallanan və ölüm işi ilə əlaqədar RAYON PROKURORLUĞUNDA barəsində cinayət işi aparıldığı halda,Kəpəz Hospital özəl tibb müəssisəsində həmin şəxsin hələ də plastik cərrahiyyə üzrə tibbi fəaliyyətini davam etdirməsidir. Bu artıq sadəcə hüquqi boşluq deyil – açıq-aşkar nəzarətsizlik, hətta himayədarlıq şübhəsi yaradır. Əgər bir şəxs qanunsuz yolla əldə etdiyi ixtisasla insanların sağlamlığına müdaxilə etməyə davam edirsə, bu, yalnız fərdi məsuliyyətsizlik yox, bütöv səhiyyədə nəzarət sistemin iflasıdır. Sual budur, kim və ya kimlər bu cür şəxslərin arxasında dayanır? Niyə müvafiq qurumlar bu açıq qanun pozuntusuna göz yumur? Niyə cəmiyyətin sağlamlığı risk altına atılır? Əgər bu gün rüşvətlə əldə olunmuş saxta ixtisas sahiblərinə “dayan” deyilmirsə, sabah bu sistem daha böyük fəsadlar doğuracaq. Çünki qanunvericiliyə əsasən, tibbi fəaliyyət yalnız müvafiq ixtisas və etibarlı sertifikasiya ilə mümkündür. Plastik cərrahiyyə sertifikatı ləğv edilmiş şəxsin plastik əməliyyat və ya estetik əməliyyatlar aparması isə açıq şəkildə qanun pozuntusudur və insanların sağlamlığı üçün ciddi risk yaradır.
Mediatvaz.com
Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər