Gündəm
214
1-10-2023, 18:28

Ərdoğan: “Qarabağ məsələsində haqq yerini tapdı”

“Qarabağ məsələsində haqq yerini tapdı”.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı bildirib.

O qeyd edib ki, 30 ildən sonra Qarabağ azadlığa qovuşub.

Ərdoğan əlavə edib ki, Türkiyə dostlarının sayını artırmaq istəyir və uzatdığı dostluq əlini qəbul edənlərlə əməkdaşlığa hazırdır.
Son xəbərlər