Gündəm
168
20-10-2023, 09:16

Daha 83 sakinin Laçına köçü başlayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

bakunews.tv xəbər verir ki, oktyabrın 20-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 23 ailə - 83 nəfər köçürülüb.

Bununla da Laçın şəhərində 295 ailə, yəni 1 135 nəfərin daimi məskunlaşması təmin edilib.
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər