SON DƏQİQƏ
Bakunews.tv » Hadisə » Kirayədə yaşayan yeniyetmələr evdə qan içində tapılıblar - Hadisə baş verən ərazidən GÖRÜNTÜLƏR

Kirayədə yaşayan yeniyetmələr evdə qan içində tapılıblar - Hadisə baş verən ərazidən GÖRÜNTÜLƏR

01.07.2024 23:41 288
Sumqayıtda yeniyetmələrin qanla bitən mübahisəsinin təfərrüatı məlum olub.

Belə ki, hadisənin söyüş üstündə törədildiyi iddia olunur.

Qonşuların sözlərinə görə, hadisə baş verən zaman qışqırıq səsləri eşidilib:

"Öz evi deyildi, kirayədə yaşayırdı. Gəldiyimiz zaman yeniyetməni qan içində gördük".

Sumqayıt Tibb Mərkəzdən bildirilib ki, 15 və 17 yaşlı yeniyetmələr ötən gün gecə saatlarında Təcili yardım şöbəsinə yerləşdiriliblər. 2009-cu il təvəllüdlü yeniyetməyə döş qəfəsinin sol yarısının kəsilmiş-deşilmiş yarası və sol bazu nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozları təyin edilib. 2007-ci il təvəllüdlü yeniyetməyə isə bel-omba və üz nahiyəsinin kəsilmiş-deşilmiş yaraları diaqnozları təyin edilib. Hər iki yeniyetmə əməliyyat olunub, vəziyyətləri əməliyyata uyğun stabildir.

Qeyd edək ki, Sumqayıt şəhər sakini, 2009-cu il təvəllüdlü Elgün Vüsal oğlu Qasımov münaqişə zəminində yaşıdı Əli Faiq oğlu İsmayılova və 2007-ci il təvəllüdlü Rasif Sabit oğlu Manıyevə bıçaqla xəsarətlər yetirib.

Faktla bağlı araşdırma aparılır.


Sumqayıtda yeniyetmələrin mübahisəsi qanla nəticələnib.

bakunews.tv apa-ya istinadən xəbər verir ki xəbər verir ki, hadisə "Ceyranbatan bağları" adlanan ərazidə qeydə alınıb.

Sumqayıt şəhər sakini, 2009-cu il təvəllüdlü Elgün Vüsal oğlu Qasımov münaqişə zəminində yaşıdı Əli Faiq oğlu İsmayılova və 2007-ci il təvəllüdlü Rasif Sabit oğlu Manıyevə bıçaqla xəsarətlər yetirib.

Faktla bağlı araşdırma aparılır.



bakunews.tv
Xəbəri necə qiymətləndirirsiniz?