SON DƏQİQƏ
Bakunews.tv » Hadisə » Ukraynada daha bir azərbaycanlı həlak olub - Foto

Ukraynada daha bir azərbaycanlı həlak olub - Foto

28.11.2024 10:11 224
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Rusiya ordusunun tərkibində döyüşlərə qatılan Goranboy rayon, Nadirkənd sakini Şəhriyar Cəlilov noyabrın 17-si Xarkov istiqamətində həlak olub.

Bildirilib ki, o, əvvəl Daxili Qoşunlarda baş leytenant kimi xidmət edib, sonra ordudan tərxis olunaraq Rusiya ordusunun sıralarına qoşulub.

Ş.Cəlilovun meyiti hazırda Ukrayna tərəfinin nəzarət etdiyi ərazidə qaldığı üçün çıxarmaq mümkün olmayıb.
Ukraynada daha bir azərbaycanlı həlak olub - Foto

Xəbəri necə qiymətləndirirsiniz?