Hadisə / Video
27
2-05-2025, 18:44

Prospektin ortasında qalan “Qazel” qəzaya səbəb oldu - Video

Texniki nasaz avtomobilin yolun orta zolağında qalması, təhlükəsizlik tədbirlərinin görülməməsi və ara məsafəsinin saxlanılmaması yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olub.
Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov məlumat verib.

Bildirilib ki, prospektdən mərkəz istiqamətində hərəkət edən “Qazel” markalı yük avtomobilində texniki nasazlıq yaranıb və sürücü avtomobildə yaranan nasazlığı həll etməyə çalışıb.

Nəticədə yolda hərəkət edən nəqliyyat vasitələri üçün qəza şəraiti yaranıb və digər sürücünün ara məsafəsi saxlamaması da yol-nəqliyyat hadisənin baş verməsini qaçılmaz edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər