Öldürülən 16 yaşlı qızın atası: "Meyiti gülə-gülə Kürdən çıxardı"
Sabirabadda qətlə yetirilərək Kür çayına atılan qızın qohumları Baku TV-yə danışıblar. Mərhumun atası qızının işgəncə ilə öldürüldüyünü bildirib.
"Qızımı aldadıb aparıb, zülmlə öldürdü. Onun dırnağını, başını əzərək qətlə yetirib. Qızım ayın 17-si öldürülüb, amma xəbəri dünən gəldi. Oğlanın atası cinayəti bilirmiş. Meyiti gülə-gülə Kürdən çıxardı", - deyə o əlavə edib.