Hadisə / Video
10
19-11-2025, 17:01

Ələt-Astara magistral avtomobil yolunda yük avtomobili yanıb - VİDEO

Ələt-Astara magistral avtomobil yolunda yük avtomobili yanıb.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Salyan rayonu, Ələt-Astara magistral avtomobil yolunun 56-cı kilometrliyində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində MAN markalı yük avtomobilinin qoşqusunda baş vermiş yanğın digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində qoşqunun iki təkəri yanıb.

Yük avtomobili və qoşqunun qalan hissəsi yanğından mühafizə olunub.




Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər