Gəncədə insident: xəstəxananı yandırmaq istədi - VİDEO
Gəncə şəhərində poliklinikada insident baş verib. Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, təyin olunmuş limitdən artıq narkotik tərkibli dərman tələb edən vətəndaş qadın həkimlə mübahisə edib, daha sonra üzərində gətirdiyi tezalışan mayedən istifadə edərək poliklinika şöbəsində yanğın törətməyə cəhd göstərib.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasından bildirilib ki, hadisə 7 iyul saat 12:50 radələrində Akademik Zülfüqar Məmmədov adına Xəstəxananın Poliklinika şöbəsində qeydə alınıb. Məlumata görə, vətəndaş nevroloq həkimlə mübahisə etdikdən sonra yanğın törətməyə cəhd edib. Hadisənin qarşısı vaxtında alınıb, xəsarət alan olmayıb. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.