Hadisə
5
Dünən, 16:27

21 yaşlı Ayselin ölümünə səbəb olan həkimə bu cəza verildi

2023-cü ildə Qusar Rayon Mərkəzi Xəstəxanasında 2002-ci il təvəllüdlü Aysel Babayevanın ölümü ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi nəhayət başa çatıb.
Xəstəxananın doğum şöbəsinin mama-ginekoloqu 1961-ci il təvəllüdlü Elmira Əsgərovaya hökm oxunub.

Qusar Rayon Məhkəməsində keçirilən prosesdə o, Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq – ölümlə nəticələndikdə) maddəsi ilə təqsirli bilinib.

Məlum olub ki, A.Babayeva vaxtında düzgün tibbi xidmətin göstərilməməsi səbəbindən yaranmış ağciyər trombozundan həyatını itirib.

Məhkəmənin hökmü ilə E.Əsgərova 1 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzası 6 ay sınaq müddəti təyin edilməklə şərti hesab edilib.

Qeyd edək ki, Aysel Babayeva 2 il imiş ailə həyatı qurubmuş. O, xəstəxanaya hamiləlik planlaşdırılması ilə əlaqədar, stimulyasiya üçün müraciət edibmiş./KONKRET.az

Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər