İdman
10
13-05-2025, 18:48

UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan nümayəndəsi vəzifəsindən ayrıldı

AFFA rəhbərliyi gözlənilməz kadr dəyişikliyi edib.
Bakunews.tv "Sportinfo"ya istinadən xəbər verir ki, UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli vəzifəsindən kənarlaşdırılıb.

Onun hansı səbəbdən postunu itirməsi hələlik bilinmir. Amma bu, özlüyündə ciddi hadisədir.

Uzun illərdir bu sahəyə nəzarət edən və ötən müddət ərzində hüquq-mühafizə orqanları ilə əlaqəli çalışan funksionerin işindən kənarlaşdırılması barədə qərarın UEFA ilə razılaşdırıldığı bildirilir.
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər