Qurban Qurbanov "Qarabağ"ın baş məşqçisi kimi 800-cü oyununu keçirib.
"Karvan-Yevlax"la ev qarşılaşması (2:0) mütəxəssis üçün yubileylə əlamətdar olub. 2008-ci ilin yayından Ağdam klubunu çalışdıran Qurbanovun yetirmələri bu müddətdə 467 qələbə qazanıb, 185 heç-heçə edib və 148 dəfə uduzublar. Bu oyunlarda 1 375 qol vuran Ağdam klubu 631 top buraxıb.
Qurbanovun "Qarabağ"a rəhbərlik etdiyi 17 ildə komanda Premyer Liqada 538, kubokda 75, avrokuboklarda 187 matça çıxıb.
Qeyd edək ki, Qurbanov "Qarabağ"da 2008-ci il avqustun 9-da debüt edib. Premyer Liqanın "Bakılı" ilə görüşündə onun yetirmələri 2:1 hesablı qələbə qazanıblar.
Bakunews.tv