İdman
21
6-03-2026, 17:07

​“Beşiktaş”, yoxsa “Qalatasaray”? - Okan söz verdi

Sabah keçiriləcək “Beşiktaş” - “Qalatasaray” matçına maraq böyükdür. Dərbinin qalibinin kim olacağı hazırda qonşu ölkədə ən çox müzakirə olunan mövzulardandır.

“Qalatasaray” rəqib meydanda qalib gəlib çempionluq şansını daha da artırmaq istəyir. Son 17 matçın 11-ni qələbə, 6-sını bərabərliklə başa vuran “Beşiktaş” isə məğlubedilməzlik ənənəsini davam ettdirmək niyyətindədir. Klub rəhbərliyi qalib gələcəkləri təqdirdə futbolçulara böyük məbləğdə mükafat vəd edib.

Türkiyə mediası “Qalatasaray”lı futbolçuların önəmli matça bir o qədər də ciddi yanaşmadığını yazıb. Yerli KİV-in iddiasına görə, sarı-qırmızılı futbolçular dərbidən çox gələn həftə “Liverpul”la keçiriləcək oyunu düşünürlər. KİV bununla bağlı baş məşqçi Okan Burukun yetirmələrinə xəbərdarlıq etdiyini yazıb.

Bir həftə ərzində ard-arda iki kritik matça çıxacaq “Qalatasaray”ın baş məşqçisi narahatlıq üçün əsas olmadığını deyib. Təcrübəli mütəxəssis tərəfdarlara əvvəl “Beşiktaş”ı, sonra isə “Liverpul”u məğlub edəcəklərinə söz verib.

Bakunews.tv
Son xəbərlər