İdman
1
Bu gün, 13:37

"Turan Tovuz"un keçilməz səddi: Qolkiper səkkiz oyundur rəqiblərə şans vermir

"Turan Tovuz"un qapıçısı Sergey Samok Premyer Liqada meydana çıxdığı ardıcıl səkkizinci oyunda qapısını toxunulmaz saxlayıb.
Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, Azərbaycan Premyer Liqasının XXIII turunun "Neftçi" ilə görüşündə (1:0) etibarlı çıxış edən qolkiper cari mövsüm meydana çıxdığı 6 matçın heç birində qol buraxmayıb.

Samok ötən çempionatın son iki turunda da "quru oyun" keçirib. O, sonuncu dəfə 2024/2025-ci illər mövsümünün XXXIV turunda qol buraxıb.

Rusiyalı qapıçı "Neftçi" ilə 2025-ci il mayın 10-da baş tutan ev matçında (1:2) rəqibin fərqlənməsinə mane ola bilməyib. Həmin görüşdə sonuncu qolu 32-ci dəqiqədə Dembo Darbo vurub. Buraxılan topdan sonra Samok "quru dəqiqə"lərinin sayını 778-ə çatdırıb.

Bakunews.tv
Son xəbərlər