Avstraliyada keçirilən Asiya Kubokunda iştirak edən İran qadın futbol yığmasının daha iki üzvü ölkədən sığınacaq istəyib.
Məlumata görə, daha bir futbolçu və məşqçilər heyətinin bir üzvü İrana qayıtmaqdan imtina edib. Komandanın digər üzvləri isə Avstraliyanı tərk edərək vətənə qayıdıblar.
Bundan əvvəl Avstraliyanın daxili işlər naziri Toni Berk komandanın kapitanı Zəhra Qanbari də daxil olmaqla beş futbolçuya sığınacaq verildiyini açıqlayıb. Nazir bildirib ki, sığınacaq təklifi yığmanın digər üzvləri üçün də qüvvədə qalır.
Xatırladaq ki, İran yığmasının martın 2-də Cənubi Koreya ilə keçirdiyi oyundan (0:3) əvvəl dövlət himnini oxumaması İranda tənqidlərə səbəb olmuşdu.
Bakunews.tv