İdman
6
Bu gün, 12:08

Millimiz seçmə mərhələdə son oyununa çıxacaq

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün dünya çempionatının seçmə mərhələsində son oyununu keçirəcək.

Bitola şəhərində yerləşən “Petar Miloşevski” stadionunda təşkil olunacaq görüşü Gürcüstandan olan hakimlər briqadası idarə edəcək. Bakı vaxtı ilə saat 21:00-da başlanacaq matç “İdman TV” vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, son tur öncəsi qrupda Macarıstan 13 xalla birinci, Azərbaycan 9 xalla ikinci, Şimali Makedoniya 6 xalla üçüncü, Andorra isə 1 xalla dördüncü pillədə qərarlaşır.


Bakunews.tv
Son xəbərlər