İdman
22
10-06-2026, 17:34

"Nyukasl" Fransa millisinin qapıçısını transfer etdi

İngiltərənin “Nyukasl” klubu “Reyms”in və Fransanın gənclər millisinin qapıçısı Evan JaUyenin transferini rəsmən açıqlayıb.

Transfermarkt portalının məlumatına görə, “Nyukasl” bu keçid üçün “Reyms”ə 25 milyon avro ödəyib.

Qeyd edək ki, JaUyen ötən mövsüm Fransa Liqa 2-də keçirdiyi 34 oyunda 35 qol buraxıb. O, 15 matçda qapısını toxunulmaz saxlamağı bacarıb.

Bakunews.tv
Son xəbərlər