SON DƏQİQƏ
Bakunews.tv » İdman » Kifayət Mustafayevaya UEFA-dan növbəti təyinat

Kifayət Mustafayevaya UEFA-dan növbəti təyinat

11.11.2026 14:50 10
AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlılığı şöbəsinin rəhbəri Kifayət Mustafayeva UEFA-dan növbəti təyinat alıb.
Teleqraf xəbər verir ki, o, UEFA Qadınlar Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda keçiriləcək “OH Leuven” (Belçika) – “HB Köge” (Danimarka) matçında UEFA nümayəndəsi kimi fəaliyyət göstərəcək.

Qarşılaşma noyabrın 11-də Belçikanın Leuven şəhərindəki “Den Dreef” stadionunda baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

Bakunews.tv
Xəbəri necə qiymətləndirirsiniz?