İqtisadiyyat
322
5-08-2022, 12:39

ARDNF bu il Türkiyə Mərkəzi Bankında yerləşdirdiyi depozitin müddətini uzadıb

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) bu ilin yanvar ayında Türkiyə Mərkəzi Bankında (TMB) 6 ay müddətinə yerləşdirdiyi 1 milyard avro depozitin müddətini 5 ay (bu ilin sonuna qədər) uzadıb.

Bu barədə bakunews.tv-nun report-a istinadən sorğusuna cavab olaraq Fonddan bildirilib.

"Həmin depozit ARDNF-in investisiya strategiyası və qaydaları çərçivəsində, mərhələli şəkildə TMB-də yerləşdirilib. Bu yatırım həyata keçirilərkən onun Türkiyədə maliyyə sabitliyinə müsbət töhfə verməsi, eləcə də, cari bazar konyukturası nəzərə alınaraq depozitin müddətinin uzadılmasına qərar verilib", - deyə açıqlamada qeyd olunub.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər