İqtisadiyyat
6
Bu gün, 11:34

Bayram günlərində bu banklar işləyəcək

Bayram günlərində bu banklar işləyəcək

20-30 mart qeyri-iş günlərində ölkədəki bankların filial və şöbələri, eləcə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Azərpoçt" MMC-nin şöbələri və valyuta mübadiləsi məntəqələri fəaliyyət göstərəcəklər.
Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Məlumata görə, bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 18 bankın 180 satış nöqtəsi (o cümlədən, 4 bank üzrə 9 satış nöqtəsi 24 saat rejimində olmaqla), "Azərpoçt"un 68 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 9 valyuta mübadiləsi məntəqəsi müştərilərə xidmət göstərəcək.

Bayram günlərində fəaliyyət göstərəcək bankların filial və şöbələrinin, "Azərpoçt"un satış nöqtələrinin və valyuta mübadiləsi məntəqələrinin iş qrafiki ilə aşağıdakı linklər vasitəsilə tanış olmaq mümkündür:

https://uploads.cbar.az/press-releases/1a32bfea230c5912598daac99.pdf

https://uploads.cbar.az/press-releases/4b9aaa5547fe9ea96bff938a8.pdf

https://uploads.cbar.az/press-releases/e9296e0c66978d921c89dbc9f.pdf


Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər