Kriminal
334
3-09-2022, 13:44

Ötən gün borclu 32 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyi (DİN) sentyabrın ikisində qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.


DİN-in mətbuat xidmətindən bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 43, o cümlədən borclu şəxs qismində axtarışda olan 32 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.

Narkotiklərlə əlaqəli 42, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb.\\milli.az

bakunews.tv
Son xəbərlər