Kriminal
534
3-02-2023, 20:21

DİN: Ucarda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 6 nəfər saxlanılıb

Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərə qarşı qətiyyətli əməliyyat tədbirləri davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan bakunews.tv-ya verilən məlumata görə, son günlərdə şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində qeyd edilən qanunsuz əməllə məşğul olan 6 nəfər saxlanılıb. Həmin şəxslərdən ümumilikdə 1 kiloqram 600 qramdan artıq narkotik vasitə marixuana və 5 ədəd xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş çətənə bitkisi aşkarlanaraq götürülüb.

Saxlanılanlar barəsində RPŞ-nin İstintaq Bölməsində cinayət işləri açılıb, araşdırmalar davam etdirilir. Bu istiqamətində tədbirlər şöbə əməkdaşları tərəfindən davam etdirilir.


bakunews.tv
Son xəbərlər