Kriminal
290
7-02-2023, 21:15

DİN: Qəbələdə qanunsuz ov edən şəxs müəyyən edilib - FOTO/VİDEO

ULUTV.İNFO xəbər verir ki, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qeyri-qanuni ovçuluqla məşğul olan şəxslərin aşkarlanması istiqamətində növbəti tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bakunews.tv-ya verilən məlumata görə, keçirilən tədbir zamanı rayon sakini Vahid Qurbanov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə birgə saxlanılaraq şöbəyə gətirilib. Nəqliyyat vaitəsinə baxış keçirilərkən ovlanmış çöl donuzu aşkar edilib, V.Qurbanovun özündən isə müvafiq sənədləri olmayan tüfəng götürülüb.

Faktla bağlı araşdırma aparılır.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər