Səhiyyə
7
13-01-2026, 12:07

TƏBİB bu nazirliyin balansına veriləcək – Rəhbər dəyişikliyi gözlənilir

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) yaxın gələcəkdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına keçiriləcək. Bizimesr.az bildirir ki, məlumata görə, ümumi nəzarət mexanizmi hələ də Səhiyyə Nazirliyində saxlanılacaq, lakin sosial məsələlər, şəffaflıq, balanslı əmək haqqları və diğər məsələlərlə bağlı qərarların verilməsi artıq nazirliyin səlahiyyətlərinə daxil ediləcək.
Qurumun idarəetmə strukturunda köklü dəyişikliklərin baş verəcəyi bildirilir. Həmçinin, TƏBİB-in hazırkı rəhbəri Vüqar Qurbanovun işdən çıxarılacağı iddia olunur.

Qeyd edək ki, Azərbaycanda artıq belə tendensiya müşahidə olunur. Məsələn, müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyevdir. Anar Əliyev bu yaxınlarda Maliyyə naziri təyin edilən Sahil Babayevin müavini idi.
Qeyd edək ki, iki gün əvvəl rayonlarda fəaliyyət göstərən həkimlər TƏBİB- rəhbərliyinin qərarlarına etiraz olaraq qurumun qarşısına toplaşaraq narazılıqlarını bildimişdilər.
bizimesr.com


Bakunews.tv
Son xəbərlər