"Şikayətim Sumqayıtda yerləşən "Rea" tibb mərkəzindədir. Səhhətimdəki narahatçılıqla bağlı dünən həkim qəbulunda olmuşam. 40 manat ödəniş etmişəm..." "Dia-az" xəbər verir ki, bunu öz etiraz dolu müraciətində Sumqayıt sakini Həyat Həsənova qeyd edir.Narazı vətəndaş daha sonra bildirir: "Həkim nə analiz verəcəyimi dedi. Demədi analizi harda ver. Daha əvvəl işlədiyi klinikada deyirdi harda istiyirsən ver. İndidə xüsusi vurğulamadığı üçün getdim başqa klinikada verdim. Cavabları həkimə atdığda mən həmin analizə baxmıram dedi. Səs atıb xahiş etdim baxın gələn dəfə siz dediyiniz yerdə verərəm ödəniş etmişəm. Mənə "baxan deyiləm" yazdı. Həkimin qəbulunda daha əvvəldə olmuşam başqa klinikada işliyəndə belə problemlərlə rastlaşmamışam. Hətta çox razı qalmışdım. İndi mənə xidmət göstərilmədiyi üçün pulumu geri istəyirəm. Amma mənə vaxt ayırıb məni dinlədi deyə, deyir qaytarmır. İnsan canın heçə sayırlar. Hər xalat geyinən həkim deyil. Klinika üzrxahlıq etmək əvəzinə onlarada marağlı deyil belə hallar. Xəstələri biznes kimi görürlər..."(Dia-az)
Bakunews.tv